Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 62

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُواْ مَعَهُۥ عَلَىٰٓ أَمۡرٖ جَامِعٖ لَّمۡ يَذۡهَبُواْ حَتَّىٰ يَسۡتَـٔۡذِنُوهُۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦۚ فَإِذَا ٱسۡتَـٔۡذَنُوكَ لِبَعۡضِ شَأۡنِهِمۡ فَأۡذَن لِّمَن شِئۡتَ مِنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمُ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٦٢
İmanlarında sadiq olan möminlər yalnız Allaha və Onun Rəsuluna iman gətirən kim­sə­lərdir. On­lar müsəlmanların ümumi bir işinə görə (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerə toplandıqda, oradan ayrılmaq üçün ondan izin almadan oradan ayrılmazlar. Ey Peyğəmbər! Səndən ayrılıb getmək üçün izin istəyənlər, Allaha və Onun Rəsuluna həqiqi mənada iman gətirən möminlər­dir. Əgər onlar bə­zi işlərini həll etmək üçün səndən izin istəsələr, onlardan istə­di­yin kəsə izin ver və onların günahları üçün Allah­dan bağışlanma di­lə. Həqiqətən, Allah qullarından Ona tövbə edənləri ba­ğış­la­­yan­dır və onlara qarşı rəhmlidir.