Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 63

لَّا تَجۡعَلُواْ دُعَآءَ ٱلرَّسُولِ بَيۡنَكُمۡ كَدُعَآءِ بَعۡضِكُم بَعۡضٗاۚ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمۡ لِوَاذٗاۚ فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ ٦٣
Ey Möminlər! Allahın Rəsuluna sayğı göstərib, ona hörmətlə yanaşın! Onu çağırdığınız zaman bir-biri­nizi çağırdığınız kimi adı ilə, "Ey Muahmməd!" və ya atasının adı ilə, "Ey Abdullahın oğlu!" – deyərək ça­ğır­mayın. Lakin onu, "Ey Allahın rəsulu, Ey Allahın peyğəmbəri"– deyərək çağırın. Allahın rəsulu sizi bir işə çağırdığı zaman onun çağırışını bir-birinizin çağırışı kimi adi bir çağırış kimi qəbul etməyin. Əksinə, onun çağırışına icabət etməkdə tələsin. Allah aranız­da, izin almadan gizlicə çı­xıb ge­dən­­ləri bilir. Qoy Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əm­rinə qar­şı çıxanlar, Allahın onları bəlaya və müsibətə mübtəla etməsindən, yaxud özlərinə səbir edə bilməyəcəkləri ağrılı-acılı bir əzab üz verməsindən qorx­sunlar.