Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 80

وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٞ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ٨٠
(Axirət barəsində) özlərinə elm verilmiş kəslər Qarunu ehtişamı içində görüb, əshabının da ona verilən mal-dövlətin onlara da verilməsini təmənna edərək dediklər sözü eşidib belə dedilər: "Vay halınıza! Uca Allahın Ona iman gətirənlərə və saleh əməllər edənlərə axirət də verəcəyi mükafat və onlar üçün hazırladığı əbədi olan nemətlər, Qaruna verilən fani dünya zinətindən daha xeyirlidir. Bu sözü söyləməyə və bu sözün tələbinə əməl etməyə Allah qatındakı mükafatı, fani dünya zinətindən üstün tutmağa səbir edən kimsədən başqası müvəffəq olmaz!"