Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 81

فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ ٨١
Biz (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu), evini və evinin içindəkilərlə bir­lik­də azğınlıqları üzündən ondan intiqam almaq üçün yerin dibinə ba­tırdıq. Artıq Allaha qarşı ona yardım edə bi­lə­cək bir köməkçisi yox idi. Və heç özü də özü­nə kömək edə bil­mədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)