Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 40

فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٤٠
Daha öncə zikir etdiklərimizin hər birini həlak edici əzabla yaxaladıq. Onlardan bəziləri, üstlərinə odda bişmiş gil daşlarını ardıcıl olaraq yağdırdığımız Lut qövmüdür. Bəziləri, qor­xunc səs ilə ya­xaladığımız Saleh və Şueyb qövmüdür. Bəziləri, özünü evi ilə birgə yerin dibinə ba­tırdığımız Qarundur. Bəziləri də, suda boğaraq həlak etdiyimiz Nuhun, Fironun və Hamanın qövmüdür. Allah, onlar günahsız olduqları halda həlak edərək on­­lara zülm etmədi, lakin onlar günahlar edərək özləri öz­lərinə zülm edir­dilər və beləliklə də, əzaba layiq görüldülər.