Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
Allahdan başqa özlərinə fayda verəcəyini və ya onlara şəfaətçi olacaqlarını arzu etdərək bütlər ibadət edən müşriklərin məsəli, özü­nü düşmənindən qorumaq üçün özünə bir yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Çünki o yuva, hörümçəyi düşmənindən qoruya bilməz. Onların Allahdan başqa ibadət etdikləri bütləri də eyni şəkildə onlara nə bir zərər verə bilər, nə də ki, onlara şəfaətçilik edə bilərlər. Əgər müşriklər bunu bilsəydilər, Allahı buraxıb bütlərə əsla ibadət etməzdilər!