Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 45

ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ٤٥
Ey Peyğəmbər! Allahın sənə Qurandan vəhy etdiklərini oxu və namazı da kamil şəkildə qıl. Hə­qi­qə­tən, kamil şəkildə qılınan na­maz, sahibini çirkin və yara­maz işlərdən çəkindirər. Çünki namaz insanın qəlbini nurlandıran, insanı pis işlərdən çəkindirər və yaxşı işlərə yönəldər. Alla­hı zikr etmək isə hər şeydən böyükdür və hər şeydən əzəmətlidir. Allah nə etdik­lə­rinizdən əlbəttə ki, xəbərdardır. Əməllərinizdən Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin mükafatını sizə mütləq verəcəkdir. Yaxşılıq edənlərin mükafatı yaxşılıq olacaqdır, pislik edənlərin də mükafatı pislik.