Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 46

۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ٤٦
Ey möminlər, yəhudilər və nəsranilərlə ən gö­zəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bi­zim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”