Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ar-Rum — Ayah 47

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ ٤٧
Ey Peyğəmbər! Biz səndən əvvəl də on­ların ümmtələrinə elçilər göndərmişdik. El­çi­lər on­lara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-ay­dın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən in­ti­qam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Mö­min­lərə yardım etmək və qələbə qazandırmaq Bi­zim borcumuz idi.