Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ar-Rum — Ayah 48

ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٨
Buludları hərəkətə gətirən kü­lək­ləri idarə edən və göndərən pak və müqəddəs Allahdır. Allah sə­ma­da onları is­tə­diyi kimi - az və ya çox sayda ya­yıb topa-topa edir. Sən, ey buludlara baxan insan, sən buludların ortasından yağışın çıxdığını gö­rür­sən. Bu yağış Allahın qullarından istə­diyi kim­sə­lə­rə nazil olduğu zaman, on­lar Allahın onlara rəhm edib yağış nazil etməsinə, bunun sayəsində də onların həm özlərinin, həm də heyvanlarının ehtiyacı olan birkiləri yetişdirməsinə sevinirlər.