Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 21

لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ٢١
Allahın rəsulunun -səllallahu aleyhi və səlləm- dediklərində və etdiklərində sizlərə gözəl nümu­nə­ vardır. Belə ki, o, öz şərafətli canı lə döyüşdə iştirak etmişdir. Bundan sonra siz niyə öz canınızı -Allah yolunda vuruşmaqdan- əsirgəyirsiniz? Allahın rəsulu -səllallahu aleyhi və səlləm- Allaha mükafatına, rəhmətinə və Axirət gününə ümi­dini bağlayanlara, o gün üçün çalışanlara və həmçinin Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir. Allaha və Axirət gününə ümidini bağlamayanlara və Allahı çox zikr etməyənlərə gəlincə, onlar Allah rəsulunu -səllallahu aleyhi və səlləm- özlərinə nümunə etməzlər.