Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 22

وَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا ٢٢
Möminlər özlərinə qarşı vuruşmaq üçün toplanmış müttəfiqləri gördükdə dedilər: “Bu, Allahın və Onun rəsulunun bizə vəd etdiyi imtahanı, müsibəti və qələbəsidir. Allah və Onun rəsulu doğru söyləmiş­lər. Onların söylədiyi gerçəkləşdi.” Müttəfiqləri öz gözləri ilə görmələri on­ların yal­nız Allaha olan imanını və itaətini artırdı.