Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 32

يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ٣٢
Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələ­ri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-nazla­na danışmayın, yoxsa buna görə qəl­bində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.