Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 33

وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا ٣٣
Evlərinizdə qərar tutun! Ehtiyac olmadığı halda evinizdən bayıra çıxmayın və ilk ca­hi­liyyə dövründə qadınların, kişilərin onlara meyil etmələri üçün öz gözəlliklərini kişilərə göstərdikləri kimi, gözəlliyinizi (yad kişilərə) göstərməyin. Na­mazı tam şəkildə qılın, malınızın zəkatını verin, Allaha və Onun Rəsuluna itaət edin! Pak və müqəddəs Allah, əziyyəti və pisliyi sizdən uzaq etmək istəyir. Ey Rəsulullahın zövcələri və ey onun ev əhli, Allah sizin qəlbinizi gözəl əxlaqla bəzəməklə və qəlbinizdəki günahları silib apar­maqla onu kamil şəkildə tər­təmiz etmək istəyir ki, bundan sonra orada heç bir mərəz qalmasın.