Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 52

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا ٥٢
Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gö­zəllikləri səni hey­ran etsə də, - sənə halal deyil. Sahib olduğun ca­ri­yələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edən­dir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.