Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahzab — Ayah 53

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ٥٣
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib oturub yeməyin hazırlan­masını da gözləməyin. Lakin yeməyə dəvət olunduğunuzda gi­rin və ye­mək yedik­dən sonra orada oturub bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Peyğəmbəri (səllallahu aleyhi və səlləm) narahat edir və o sizdən çıxıb getmənizi tələb etməyə uta­nır. Allah isə haqq sözü demək­dən utanmır. Elə buna görə də, sizə çıxıb getməyi əmr edir ki, bununla Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət verməyəsiniz. Peyğəm­bə­rin zöv­cələ­rin­dən bir şey - məsələn, qab və s. is­tədik­də, onu pərdə arxasından istəyin, onlarla üzbəüz durub istəməyin ki, sizin gözləriniz onları görməsin. Belə edin ki, Allahın rəsuluna (səllallahu aleyhi və səlləm) ehtiram əlaməti olaraq onları qorumuş olasınız. İstədiyinizi pərdə arxasından istəmək həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Belə edin ki, şeytan həm sizin, həm də onların qəlbinə vəsvəsə verib sizi yaramaz işlər görməyə təşviq etməsin. Ey möminlər, sizə Allahın rəsulunun evində çox oturmaqla ona əziyyət vermək, habelə, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yaraşmaz. Çünki onlar möminlərin analarıdır. Heç kəsə də, öz anası ilə evlənmək caiz deyil. Peyğəmbərin vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək kimi əziyyət vermək haram buyurulub və bu, Allah ya­nında böyük günah sayılır.