Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Saba — Ayah 36

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٦
Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədi­yi kimsə­ni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”