Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Saba — Ayah 37

وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ٣٧
Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra bi­ləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cən­nət­dəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.