Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 11

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١١
Allah atanız Adəmi torpaqdan, sonra sizi nütfədən yaratmış, sonra da sizi bir-biri ilə evlənən kişi və qadınlar yaratmışdır. Pak və müqdəddəs Allahın xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də daşıdığını yerə qoyar, bunlardan heç bir şey Ondan gizli qalmaz. Onun yaratdıqlarından hər hansı birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, lövhi-məhfuzda yazılmışdır. Həqiqətən, bu zikr edilənlər - sizin torpaqdan yaradılmağınız və mərhələ-mərhələ xəlq edilməyiniz, habelə, ömrünüzün lövhi-məhfuzda yazılması Allah üçün asandır.