Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Fatir — Ayah 12

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢
İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə ra­hat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə ba­lıq ye­yir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxa­rır­sı­nız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını gö­rür­sən. Bütün bunlar ticarət edib Alla­hın lüt­fünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şü­kür edəsiniz.