Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 50

قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ٥٠
Cəhənnəm gözətçiləri kafirlərə cavab verərək deyəcəklər: “Mə­gər elçi­ləriniz sizə açıq-aydın də­lil-sübutlar gə­tirmə­miş­dilər?” Kafirlər: “Əlbəttə, onlar bizə açıq-aydın də­lil-sübutlar gə­tir­miş­dilər!”– deyə cavab verəcəklər. O zaman gö­zət­çi­lər onlara hökm edib deyəcəklər: “Elə isə özü­nüz dua edin! Biz kafirlər üçün şəfaətçilik edən deyilik”. Ka­firlərin duası isə əbəs və boş şeydir. Çünki onların küfr etməsindən dolayı duaları qəbul olan deyildir.