Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ghafir — Ayah 51

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ ٥١
Biz bu dünyada Öz el­çi­lərimizə, habelə, Allaha və Onun peyğəmbərlərinə iman gətirən kimsələrə kömək edəcəyik ki, əlllərindəki dəlillərlə öz düşmənlərinə qalib gəlsinlər. Eləcə də, qiyamət günü Peyğəmbərlər, mələklər və möminlər risalətin təbliğ edildiyinə və ümmətlərin onu təkzib etdiyinə şəhadət verdikdən sonra Biz möminlərin Cənnətə daxil olmasına kömək edəcəyik, üstəlik, dünyada onlarla ədavət aparmış kimsələri Cəhənnəmə vasil etməklə cəzalandıracağıq.