Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shuraa — Ayah 13

۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ ١٣
Ey Peyğəmbər! Biz Nuha nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr et­diksə, sə­nə, vəhy etdiyimizi, habelə, İb­ra­hi­mə, Musa­ya və İsaya nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr et­diksə, sizin üçün də onun bənzərini dində qanun etdik. Bunun xülasəsi belədir: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin müşrikləri Allahın tək ilah olduğunu qəbul etməyə və Ondan baqasına edilən ibadəti tərk etməyə çağırmağın onlara ağır gəldi. Allah Öz qullarından istə­di­yini seçib onu Allaha ibadət və itaət etməyə müvəffəq edər, həmçinin, günahlarına görə tövbə edib Allaha üz tutan kimsəni də Özünə tərəf yönəldər.