Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shuraa — Ayah 14

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١٤
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdik­dən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş ol­ma­saydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.