Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shuraa — Ayah 15

فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٥
Buna görə də sən bu doöru-düzgün dinə dəvət et və Allahın sənə əmr etdiyi ki­mi bu yolda sabitqədəm ol. Onların nəf­s­lərinin batil istəyinə uyma və onlarla mübahisə etdikdə, belə de: “Mən Allaha və Alla­hın öz elçilərinə nazil etdiyi ki­ta­blara iman gətirdim. Allah mənə sizin aranızda əda­lətlə hökm verməyi əmr etmişdir. Mənim ibadət etdiyim Allah hamımızın - həm bizim, həm də sizin Rəbbinizdir. Bi­zim əməllərimiz - istər xeyir, istərsə şər olsun -bizə, sizin əməlləriniz də - istər xeyir, istərsə şər olsun - sizə aid­dir. Dəlil-sübut bəlli olduqdan və doğru yol aydın seçildikdən sonra, bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Qiyamət günü dönüş də yalnız Onadır. O, bizlərdən hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəyi zaman, kimin doğruçu, kimin də yalançı olduğu, habelə, kimin haqq, kimin də batil olduğu bəlli olacaqdır”.