Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 8

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٨
Yoxsa o müşriklər: “Muhəmməd bu Quranı özündən uydurmuş, sonra da onu Allaha nisbət etmişdir!” – deyirlər?! Ey Peyğəmbər! Onlara de: “Əgər mən onu özümdən uy­durmu­şam­sa, siz heç bir tədbirlə məni Allahın əzabından qurtara bil­məz­si­niz. Elə isə mən Allaha qarşı yalan uydurmaqla öz əllərimlə özümü necə əzaba sürükləyə bilərəm?! Allah sizin Qurana tənə vuraraq lağa qoyduğunuzu və mənə məzəmmət etdiyiniz daha yaxşı bilir. Mənimlə sizin aranızda Allahın şahid olması kifayətdir. O Öz qullarından günahlarına görə tövbə edən kimsələri Bağışlan və onlara Rəhm edəndir”.