Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Ahqaf — Ayah 9

قُلۡ مَا كُنتُ بِدۡعٗا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدۡرِي مَا يُفۡعَلُ بِي وَلَا بِكُمۡۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ٩
Ey Peyğəmbər! Sənin peyğəmbərliyini yalan sayan o müşriklər de: “Mən Allahın göndərdiyi ilk elçi deyiləm ki, mənim sizi (haqqa) dəvət etməyimə təəccüb edirsiniz. Məndən əvvəl neçə-neçə elçilər gəlib-getmişdir. Mən, Allahın bu dünyada mənə və sizə nələr edəcəyini bilmirəm. Mən ancaq Allahın mənə vəhy etdiyinə tabe oluram və ancaq Onun nazil etdiyi vəhyə müvafiq olan sözü danışır, yaxud ona uyğun hərəkət edirəm. Mən sadəcə sizi Allahın əzabı ilə açıq-aşkar qorxudan bir peyğəmbərəm!”