Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 13

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ ١٣
Ey insanlar! Biz sizi bir kişidən - atanız Adəmdən və bir qadından - ananız Həvvadan yaratdıq. Demək, sizin nəsəbiniz eynidir. Elə isə nəsəb baxımından biriniz öz nəsəbi ilə digərinin yanında öyünməsin. Bundan sonra bir-biriniz yanında fəxr etmək üçün yox, bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi çoxlu xalqlara və qəbilələrə ayırdıq. Əslində, üstünlük yalnız təqva ilə ölçülür. Odur ki, Allah buyurur: Allah yanında ən hör­mətli olanınız Allahdan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah sizin hər bir halınızı bilir, həmçinin, sizin kamil və ya naqis olduğunuzdan da xəbərdardır. Bundan heç bir şey Ona gizli qalmaz.