Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 14

۞ قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ١٤
Bədəvilərdən bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləmin) yanına gəldikdə: "Biz Allaha və Onun rəsuluna iman gə­tirmişik" – dedilər. Ey Peyğəmbər! Onlara de: “Siz iman gətirməmisi­niz! Lakin siz: “Biz təslim olduq və boyun əydik!” – de­yin. Hələ iman sizin qəlb­inizə daxil ol­mamışdır, ola bilsin ki, tezliklə daxil olsun. Ey bədəvilər! Əgər siz Allaha və Onun rəsuluna itaət edərək iman gətirib yaxşı işlər görsəniz və haramlardan çəkinsəniz, Allah sizin əməllərinizin savabından heç bir şey əs­kiltməz. Şüb­həsiz ki, Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar və onlara rəhm edər!”