Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 29

لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢٩
Ey möminlər! Biz sizə, sizin üçün hazırladığımız böyük lütfümüz - qat-qat artırılan mükafat barədə aydınlıq gətirdik ki, yəhudilərdən və nəsranilərdən olan kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini - istədiklərinə nemət verməyə, istədiklərini də bundan məhrum etməyə qadir olmayacaqlarını bilsinlər. Onu da bilsinlər ki, lütf pak və müqəddəs Allahın əlin­dədir, onu Öz qullarında istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. O, bu lütfü Öz qullarından istədiyi kimsəyə bəxş edər.