Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 1

قَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّتِي تُجَٰدِلُكَ فِي زَوۡجِهَا وَتَشۡتَكِيٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسۡمَعُ تَحَاوُرَكُمَآۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ ١
Ey Peyğəmbər! Ovs ibn əs-Samit öz zövcəsini Xovlə bint Səaləbəni anaya bənzədərək onu özünə məhrəm saydığı zaman, əri barəsində sənə müraciət edən və ərinin etdiyindən Allaha şikayət edən Xovlənin sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir və bu söhbətdən heç nə Ona gizli qalmır. Həqiqətən, Allah Öz qullarının danışdığı sözləri eşidir, onların etdiyi əməlləri görür və bunlardan heç bir şey Ona gizli qalmaz.