Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 10

إِنَّمَا ٱلنَّجۡوَىٰ مِنَ ٱلشَّيۡطَٰنِ لِيَحۡزُنَ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيۡسَ بِضَآرِّهِمۡ شَيۡـًٔا إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١٠
Günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə gizli söhbət, iman gətirənləri hiyləyə məruz qalacaqları ilə kədərləndirməyə çalışan şeytanın öz dostları üçün bəzədiyi sözü və onlara verdiyi vəsvəsəsidir. Lakin Allahın istəyi və izni olmadıqca, nə şeytan, nə də onun bəzədiyi sözlər möminlərə zərər yetirə bilməz. Qoy möminlər bütün işlərində Allaha təvəkkül etsinlər.