Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قِيلَ لَكُمۡ تَفَسَّحُواْ فِي ٱلۡمَجَٰلِسِ فَٱفۡسَحُواْ يَفۡسَحِ ٱللَّهُ لَكُمۡۖ وَإِذَا قِيلَ ٱنشُزُواْ فَٱنشُزُواْ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ١١
Ey Allaha iman gətirənlər və Onun buyuruqlarını yerinə yetirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə, yer verin. Allah da sizə dünya həyatınızda və axirətdə geniş yer verər. Habelə, sizə: “Qalxın filan yerlərdən ki, fəzilətli insanlar ora otursun!” – deyildikdə, qalxın. Uca Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə ucaldar. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və o, bu əməllərin əvəzini sizə verəcəkdir.