Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 12

لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ١٢
Əgər müsəlmanlar yəhudiləri yurdlarından çıxartsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar yəhudilərə qarşı vuruşsalar, onlara əl tutub kömək göstərməzlər. Əgər müsəlmanlara qarşı yəhudilərə əl tutub köməklik göstərsələr, onları qoyub qaçar, bundan sonra da o münafiqlərə heç bir kömək edilməz, əksinə, Allah onları rəzil və rüsvay edər.