Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 13

لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ١٣
Ey möminlər! Münafiqlər və yəhudilər öz ürəklərində Allahdan çox sizdən qorxurlar. Onların Allahdan çox sizdən qorxmasının səbəbi budur ki, onlar anlamayan adamlardır. Əgər anlasaydılar, Allahdan daha çox qorxmağın və daha həzər etməyin haqq olduğunu bilərdilər. Çünki sizi onların üzərində hakim edən məhz Allahdır.