Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jumu'ah — Ayah 10

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُواْ فِي ٱلۡأَرۡضِ وَٱبۡتَغُواْ مِن فَضۡلِ ٱللَّهِ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ ١٠
Cümə namazını bitirdikdən sonra yer üzünə dağılışıb halal ruzi qazanmaq və ehtiyacınızı ödəmək üçün halal qazanc yolu ilə Allahın lütfünü axtarın və ruzi dalınca getdiyiniz vaxt əsnasında Allahı çox zikr edin, ruzi axtarmaq sizi Allahı zikr etməkdən yayındırmasın ki, bəlkə istədiyinizə nail olasınız və qorxduğunuz şeydəndə də qurtulasınız.