Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Jumu'ah — Ayah 11

وَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمٗاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٞ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّٰزِقِينَ ١١
Bəzi müsəlmanlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar. Ey Peyğəmbər! Səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. Ey Peyğəmbər! De: “Etdiyiniz yaxşı əməl müqabilində qazanacağınız mükafat Allah yanında, sizin can atdığınız əyləncə və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır”.