Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 2

قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ٢
Allah, barəsində and içdiyiniz işdən daha xeyirlisini gördüyünüz və ya andınızı pozduğunuz təqdirdə kəffarə verməklə o anddan azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin yardımçınızdır. O, sizin halınızı və nəyin sizin üçün daha xeyirli olduğunu biləndir. Uca Allah, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.