Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 3

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ ٣
Bir zaman Peyğəmbər -səllallahu aleyhi və səlləm- zövcəsi Həfsaya, bir daha zövcəsi Mariya ilə yaxınlıq etməyəcək dair sirr verdiyini xatırla. Nəhayət, Həfsa bunu Aişəyə bildirdikdə və Allah da Peyğəmbərə onun sirrinin ifşa edildiyini xəbər verdikdə, o, bu xəbərin bir qismini Həfsaya bildirdi, digərini isə demədi. Həfsa, Peyğəmbərdən -səllallahu aleyhi və səlləm-: “Bunu sənə kim xəbər verdi?”- deyə soruşduqda, O: “Bunu mənə hər şeyi bilən, hər gizli şeydən xəbərdar olan Allah xəbər verdi!”- deyərək cavab verdi.